5 C
Baku
Friday, January 10, 2025

Fenomenal yaddaşa sahib olan şəxsiyyətlər

Biz sizə bu məqalədə tarixin gedişatına təsir edən və fenomenal yaddaşa sahib olan şəxsiyyətlərin siyahısını təqdim edəcəyik. Bu siyahıya müxtəlif dövrlərə və nəsillərə, peşələrə sahib olan insanlar aiddir. 

1. Nikola Tesla (1856 — 1943) – ixtiraçı, fizik və mühəndis. O, dəyişkən tok üzərində işləyən cihazların yaradılmasına böyük yatırımlar etmişdir. Tesla fenomenal yaddaşa sahib idi. O, nadir hallarda qeydlər alırdı, çünki, demək olar, hər şeyi yadda saxlayırdı. Deyilənə görə, 1885-ci ildə onun laboratoriyası yandıqda Tesla bütün ixtiralarının detallarını xatırladığı üçün onları bərpa edə bilmişdi.

2. Teodor Ruzvelt (1858 — 1919) – ABŞ-ın 26-cı prezidenti və Nobel mükafatının laureatı (Rusiya ilə Yaponiya arasında Portsmut sülhünün bağlanmasında vasitəçiliyə görə). Ruzvelt daim öz yaddaşı üzərində işləyirdi. O, bir gün ərzində 2-3 kitab oxuyurdu, sonra isə əzbər olaraq ağlında kitabların detallarını bərpa edirdi. Həmçinin Ruzvelt eyni anda bir neçə işlə məşğul olmaq bacarığına sahib idi.

3. Sergey Raxmaninov (1858 — 1919) – görkəmli rus bəstəkarı, dirijor və öz dövrünün ən böyük pianistlərindən biri olmuşdur. Fenomenal yaddaşı sayəsində o, inanılmaz sürətlə notları yadda saxlaya bilirdi.

4. Kim Pik (1951 — 2009) – “Yağış adamı” filmindən Castin Xoffman adlı qəhərəmanın prototipi. Fenomenal yaddaşa sahib olan amerikalı aldığı məlumatların 98%-ni yadda saxlaya bilirdi. Bütün həyatı boyu o, 9000 kitab yadda saxlamışdı və eyni anda iki səhifə oxuya bilirdi.

5. Papa II İoann Pavel (1951 — 2009) – katolik kilsəsinin başçısı (1978 — 2005). O, həmçinin fenomenal yaddaşa sahib idi. Bunun sayəsində, o, 21 dil bilir və 100-dən çox müxtəlif dialektdə danışırdı.

Son xəbərlər
Digər xəbərlər