10 C
Baku
Tuesday, November 29, 2022

Fermerlər bundan sonra EKT-də baytarlıq xidmətini izləyə biləcək

Azərbaycanda aqrar sektorda tətbiq edilən “Elektron kənd təsərrüfatı” informasiya sistemində dəyişiklik edilib.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişdirilib.

Yeni dəyişikliyə görə, bundan sonra EKT-də aşağıdakı fermerlər üçün bu funksiyalar əlavə ediləcək:

  • baytarlıq subyektləri tərəfindən yerinə yetirilən baytarlıq xidmətlərini izləmək;
  • baytarlıq subyektləri tərəfindən yerinə yetirilən baytarlıq xidmətlərini qiymətləndirmək;
  • əməyin təhlükəsizliyi tədbirləri ilə tanış olmaq və təsdiqləmək;
  • heyvanların qırxım məntəqələrində və qaramalın çimizdirilmə qurğularında həyata keçirilən xidmətin yerinə yetirilməsini təsdiqləmək və ya imtina etmək;

Buna qədər isə fermerlər üçün bu funksiyalar var idi:

• qeydiyyatdan keçmək;

• elektron kabinetdən istifadə etmək;

• kənd təsərrüfatı sahəsində xidmətlər üzrə müraciət etmək;

• təsərrüfatları (əkin sahələri, heyvanları və s.) haqqında məlumatları daxil etmək;

• kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları haqqında məlumatları daxil etmək;

• daxil edilmiş məlumatlar üzrə EKTİS-in avtomatik formalaşdırdığı bəyannamə əsasında subsidiya almaq üçün müraciət etmək;

• bəyannamədə olan məlumatlarla razılaşmadıqda və ya hər hansı kənd təsərrüfatı fəaliyyət sahəsi üzrə şikayət etmək;

• qayda və təlimatlarla bağlı məlumatlar əldə etmək;

• EKTİS-də qeydiyyatdan keçən süni mayalanma mütəxəssisi və baytar həkimi haqqında məlumatları əldə etmək, habelə onlara müraciət etmək;

• kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün təchizatçıya elektron qaydada müraciət etmək;

• müxtəlif assosiasiyalara və kooperativlərə üzv olmaq;

• müraciətlərinin icrasını izləmək;

• kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;

Son xəbərlər
Digər xəbərlər
X