18 C
Baku
Wednesday, April 17, 2024

Fermerlər çətin vəziyyətə düşüb – qazancları çəkilən xərci qarşılamır

Biləsuvar rayonunda pomidorun qiymətinin kəskin azalması fermerləri çətin vəziyyətə salıb.

Bu barədə bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu il sahələrdə məhsul bol olsa da, onu normal qiymətə sata bilmirlər: “Odur ki, məhsul sahələrdə qalır və yararsız vəziyyətə düşür. Hazırda pomidorun 1 kiloqramını bizdən 20 qəpiyə istəyirlər. Bu qiymət isə çəkdiyimiz xərci – işçilərin pulunu belə ödəmir. Heç olmasa məhsulun kiloqramını 50 qəpiyə sata bilsək, bəlkə xərclərimiz ödənilər. Biz hələ qazancımızı demirik. Ümid edirik ki, gələn ay – payızqabağı məhsulumuz bir az bahalaşar”.

Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərin problemlərindən xəbərdardırlar. Mərkəzdən bildirilib ki, builki əkin mövsümündə rayonda 603 hektar sahədə pomidor əkilib: “Məhsul əsasən rayonun Əsgərabad, Amankənd, Ağalıkənd, Ağayrı və Səmədabad kəndlərində becərilib. Məhsulun bol, alıcılıq qabiliyyətinin zəif olması, xarici bazara çıxış imkanlarının məhdudluğu, eləcə də tədarük məntəqələrinə və iri şəhərlərə fermerlərin birbaşa çıxışının məhdud olması pomidorun ucuzlaşmasına gətirib çıxarıb. Vəziyyətdən çıxış yolu yalnız yeni tədarük məntəqələrinin yaradılması, məhsulların birbaşa fermerlərdən alınması ola bilər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər