Fermerlərin işini asanlaşdıran xəritə hazırlanır

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində ekspertlərə məsləhət verilməsi üçün xəritə hazırlanır.

Bunu Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra etdiyi layihənin açılış mərasimində beynəlxalq ekspert Lazslo Popesi bildirib.

Onun sözlərinə görə, xəritə mütəşəkkil və hər kəs üçün əlçatan olacaq: “Məsələn, Gəncədən kimsə zəng edəcək, ekspert xəritəyə baxaraq mövcud məhsullara, iqlim şəraitinə uyğun məsləhət verəcək”, – deyə o, qeyd edib.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycanda reallaşdırılan rəqəmsal kənd təsərrüfatı fermerlərinin istehsal etdikləri məhsulların keyfiyyətini, paralel olaraq onların gəlirlərini artıracaq.

“Bunun üçün fermerlərə daima sadə dildə məlumatlar lazımdır ki, onlar son yeniliklərdən xəbər tutsunlar. Yəni, elmi məqaləyə ehtiyac yoxdur”, – deyə o, bildirib.

Xatırladaq ki, “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları