19 C
Baku
Tuesday, April 16, 2024

Fermerlərə tütünə görə veriləcək subsidiyaların miqdarı artırılıb

Aqrar Subsidiya Şurası 2023-cü il üçün tütünə görə fermerlərə veriləcək məhsul subsidiyasının miqdarını artırıb.

Tütünçü fermerlər gələn il tədarük məntəqələrinə təhvil verəcəkləri “Virciniya” sortu üzrə yaş tütünün hər tonuna görə 30 manat (əvvəl 26 manat) məhsul subsidiyası alacaqlar.

Fermerlərə təhvil verdikləri digər sortlar üzrə quru tütünün hər tonuna görə 200 manat (əvvəl 180 manat), yaş tütünün hər tonuna görə isə 20 manat (əvvəl 18 manat) subsidiya ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər