2023-ci ildə Azərbaycanda kartof yığımının həcmi azalıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Belə ki, ilin ilk 10 ayı ərzində 989.3 min ton həcmində kartof yığılıb.
2022-ci ildə Azərbaycanda kartof yığımı 1 milyon 31.1 min tonluq kartof yığımı həyata keçmişdi.
Cari ildə Azərbaycan fermerləri ölkə ərazisində 49.4 min ha. ərazini kartof əkmişdilər. Bu məsələn 2022-ci ildə 54.8 ha. idi.
Kartofun bir hektara məhsuldarlığı 2022-ci ildə 188 sentiner olduğu halda, cari ildə 200 sentinerə yüksəlib.
Bu il Azərbaycan xaricdən 98.8 min tonluq və ya $27.24 mln.-luq kartof idxal edib. Kartof idxalı illik müqayisədə 8.5% azalıb.