7 C
Baku
Thursday, December 12, 2024

Fermerlər xüsusi karantin rejimi dövründə necə hərəkət edəcək?

Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edib.

Hökumətin bununla bağlı qərarına əsasən, aqrar sektorda fəaliyyəti göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:

– kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;

– heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;

– bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;

– gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;

– aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;

– heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.

Son xəbərlər
Digər xəbərlər