26 C
Baku
Friday, August 8, 2025

Fermerler narazıdır: “Rusiya bazarı bağlıdır, daxili bazarda da alan yoxdur”

Məhsul bol olsa da, sahələrdə qalıb…

Xaçmazlı  fermerlər min bir əziyyətlə əkib becərdikləri məhsulu sata bilmirlər. Buna səbəb qiymətlərin kəskin şəkildə aşağı düşməsidir.

Hər il bu vaxtı bazarlarda aktivlik müşahidə edilsə də, hazırda durğunluq var. Məhsul bol olsa da, alıcı yoxdur.

Təsərrüfat sahibləri bildirirlər ki, ötən illə müqayisədə hazırki qiymətlər onları qane etmir. Ötən il yeşiyi 15 manata olan pamidorun hazırki qiyməti 5-6  manat arasında dəyişir.

Bir çox təsərüfat sahibəri isə məhsulu bazara deyil, birbaşa ucuz qiymətə zavodlara verirlər: “Eşidirik ki, Bakıda marketlərdə 1 manat – 1 manat 20 qəpikdir. Burada 30 qəpiyə alan yoxdur. Əziyyət çəkib 4-5 aydır ki, əlləşirik, amma çox təəssüf, deyirlər ki, Rusiya bazarı bağlıdır deyə ona görə də alan yoxdur. Daxili bazarda da alan yoxdur”, – deyə fermer bildirib.

Ekspertlər isə hesab edirlər ki, pomidorun qiymətində bahalaşma bir neçə həftədən sonra müşahidə edilə bilər.

Son xəbərlər
Digər xəbərlər