14 C
Baku
Saturday, October 5, 2024

Ferrari 250 GTO Berlinetta rekord məbləğə satıldı

1962-ci il buraxılışı olan Ferrari 250 GTO Berlinetta bu günə qədər hərracda satılmış avtomobillər üçün rekord məbləğə – 38,1 milyon dollara satılmışdır.

Bu möhtəşəm avtomobilin hərracda satılması barədə məlumat Bonhams hərrac evinin saytında elan edilmişdir. Qeyd edək ki, hərrac keçən həftənin cümə axşamı günü Kaliforniya ştatının Karmel şəhərində baş tutub. Alıcı isə Ferrari 250 GTO Berlinetta üçün 38 milyon 115 min dollar ödəyib.

Avtomobil hərraca çıxarılmamışdan öncə Maranello Rosso kolleksiyasında yerləşirdi. Bu kolleksiyanın sahibi isə 2010-cu ildə dünyasını dəyişmiş sahibkar və keçmiş avtomobil yarışçısı Fabrisio Violati idi. Onun kolleksiyasında Ferrai avtomobilin 25 müxtəlif modeli yer almaqdadır.

Bu günə qədər hərracda satılmış ən bahalı avtomobil statusuna 1954-cü il buraxılışı olan Mercedes-Benz W196 R F1 avtomobili sahib idi. Bu avtomobil 2013-cü ildə Bonhams hərracında 30 milyon dollara satılmışdı.

Son xəbərlər
Digər xəbərlər