15 C
Baku
Saturday, October 19, 2024

Ferrari “büdcənizə uyğun Ferrari”  yaradacaq

Bir çox avtomobil istehsalçıları yeni alıcılar cəlb etmək üçün qənaətli avtomobil buraxmağa hazırdır. Ferrari-də bu şirkətlər arasında istisna deyil. Motor Trend nəşrinin verdiyi məlumata görə, italyan avtomobil istehsalçısı yeni qənaətli, yəni alıcının büdcəsinə uyğun avtomobil yaradacaq.

Bu haqda məlumatlar az olsa da, məlum olan odur ki, yeni avtomobil V6 güc vahidi ilə təchiz ediləcək. “Büdcəyə uyğun” avtomobilin isə təqribən 2019-cu ildə buraxılacağı gözlənilir. Modelin dəyərinin isə 180 min dollar olacağı bildirilir.

Məşhur italyan istehsalçısı alıcılara daha əlçatan avtomobil istehsal etsə, bu onun istehlakçı auditoriyasını genişləndirəcək, yeni alıcılar qazandıracaq, lakin eyni anda eksklüzivlik dərəcəsini endirəcək.

Son xəbərlər
Digər xəbərlər