24 saatlıq Le Man yarışında ardıcıl üçüncü uğurunun ardından “Ferrari F76” indeksli yeni superkarını təqdim edib.
Avtomobil yalnız rəqəmsal NFT formatında yaradılıb. Modelin adı brendin 76 il əvvəl, 1949-cu ildə Le Mandakı ilk qələbəsinə işarədir.
Superkar Flavio Manzoninin rəhbərliyi altında “Centro Stile”da yaradılıb. Avtomobil Le Man yarışındakı “Ferrari 499p” modellərinin uğurunu dəstəkləmək üçün rəqəmsal aktiv kimi xidmət edəcək.







