8 C
Baku
Tuesday, March 19, 2024

“Ferrotex” Azərbaycanda maşınqayırma zavodu alıb [QİYMƏT]

“Ferrotex” MMC-ni “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin inkişafına 10 mln. manat (cari məzənnə ilə $5,88 mln.) vəsait yatıracaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilir.

“Ferrotex” MMC-ni “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin 99,29% səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub. Şirkət müəssisəyə 10 mln. manat məbləğində investisiya qoyuluşunun reallaşmasını öhdəsinə götürüb”, – Komitədən qeyd ediblər.

İnvestisiyalar müəssisədə yeni istehsal sexinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnoloji avadanlıq və tərtibatların alınması, mexaniki emal sexində 3 ədəd müxtəlif tonnajlı vakuum induksion sobalarının quraşdırılmasına yönəldiləcək.

Bundan əlavə, “Ferrotex” səhmlərə görə dövlət büdcəsinə 2,8 mln. manat köçürəcək, DSMF-yə olan 2 mln. manata yaxın məbləğdə borcları, 200 min manata yaxın məbləğdə əmək haqqı və ona bərabər tutulan borcları ödəyəcək.

“İnvestisiya yatırımları nəticəsində müəssisədə 160 yeni iş yeri açılacaq”, – Komitədən qeyd ediblər.

Sabunçu Elmi İstehsalat və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyəti 1914-cü ildə Bakıda yaradılıb və neft mədəni, kimya məhsulları, həmçin xalq istehlak malların istehsalı ilə məşğul olur. Cəmiyyətin nizamnamə kapitalı 10,1 mln. manata bərabərdir və bir qiymətli kağız üçün nominalı 2 manat təşkil edən 5,05 mln. səhmə bölünüb. Hazırda müəssisədə 102 nəfər çalışır.

Son xəbərlər
Digər xəbərlər