32 C
Baku
Tuesday, August 19, 2025

“Ferrum Capital”ın 1 mln. manatlıq istiqrazlarına 53 investor müştəri çıxdı

22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) “FERRUM CAPİTAL” QSC-nin AZ2019022287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 19 avqust 2025-ci il tarixində yekunlaşıb.

Banker.az xəbər verir ki, “AGA Group”a daxil olan  faktorinq şirkətinin istiqrazları üçün 53 investor müraciət edib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “FERRUM CAPİTAL” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2019022287
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 AZN
İstiqrazların buraxılış həcmi 1,000,000 AZN
İllik gəlirlilik faizi 14%
Hərrac qiyməti 100 AZN
İstiqrazların reallaşdırılmış həcmi 1,000,000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 AZN
İnvestor sayı 53
Sifariş sayı 53
Ödəmə Periodu Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir
Tədavül müddəti 12 ay
Anderrayter  “UniCapital İnvestisiya Şirkəti” ASC
Son xəbərlər
Digər xəbərlər