Azərbaycanda faktorinq şirkəti “Ferrum Kapital” QSC hər biri 1000 manat olan 1000 ədəd istiqraz buraxır.
Banker.az bunu faktorinq şirkətinin emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
İstiqrazlar 12.5 faiz illik gəlirliklə 24 ay müddətinə təklif edilir.
Şirkətin istiqraz buraxmağının səbəbi mənfəət əldə edilməsi və ya bəzi risklərin sığortalanmasından fərqli olduğu təqdirdə, istiqraz emissiyasının məqsədi cəlb olunan vəsaitin mənfəət gətirəcək layihələrə yönəldilməsi və faktorinq fəaliyyətinin genişləndirilməsidir.
“Ferrum Kapital”ın nizamnamə kapitalının 68%-i Dəmirçi Qafar Aydın oğluna, 23%-i Həbibzadə Məhəmməd Rza bəyə, 4.5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə və 4.5%-i “Vesta Investment” QSC-yə məxsusdur. Cəmiyyətin ali idarəetmə orqanı onun Səhmdarlarının Ümumi Yığıncağıdır.
Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Ümumi yığıncaq, nizamnamə kapitalında ən azı 60% (altmış faiz) paya malik olan səhmdarların iştirak etdiyi halda səlahiyyətli sayılır.