24 C
Baku
Wednesday, May 29, 2024

“Ferrum Kapital” Mover şirkətini kreditə görə məhkəməyə verib

“Ferrum Kapital” QSC “Mover” MMC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Ferrum Kapital” QSC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

“Ferrum Kapital” QSC ilə”Mover” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.

Xatırladaq ki, “Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər