22 C
Baku
Thursday, July 31, 2025

“Ferrum Kapital” ötən ili 2.7 milyon manat mənfəətlə başa vurub

“Ferrum Kapital” QSC 2024-cü ili 2 milyon 708 min manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 2 milyon 265 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 19.5% artması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə “Ferrum Kapital” QSC-nin gəlirləri 18 milyon 53 min manat ikən, 2024-cü ildə bu göstərici 22 milyon 514 min manat olub.

Hesabat dövründə şirkətin cəmi aktivləri 58 milyon 751 min manatdan 75 milyon 633 min manata, o cümlədən kredit portfeli 40 milyon 242 min manatdan 50 milyon 647 min manata çatıb.

“Fеrrчm Kapital” QSC-nin 68%-i Demirgi Qafar Aydln оýlчпа, 2З%-i Habib Zadeh
Mohammad Rezaya, 4.5%-i ‘AQA ýiгkаtlаr Qrчрu” QSC-ya чэ 4.5%-i “Vesta lnvestment”
QSС-уэ maxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər