Azərbaycanda faktorinq üzrə fəaliyyət göstərən “Ferrum Kapital” QSC ötən il bölüşdürülməmiş mənfəətindən səhmdarına dividend ödəyib.
Banker.az xəbər verir ki, ötən il 960 min manat həcmində səhmdara dividend ödəyib.
Faktorinq şirkəti 2017-ci ildə “AGA Group”un sturukturunda təsis edilib və ilk dividend ödənişini 2022-ci ildə edib. İki ilə ümumilikdə səhmdarlara 2 mln. 424 min manat dividend ayrılıb.
Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə məxsusdur.
“Ferrum Kapital” QSC 18.05 mln. manat faiz gəlirinə qarşı 2.26 mln. manat xalis mənfəət əldə edib.