18 C
Baku
Tuesday, September 30, 2025

“Ferrum Kapital” yaxşı nəticələrinə rəğmən dividend ayırmaqda ehtiyatlı davranıb

“AGA Group”un faktorinq şirkəti “Ferrum Kapital” QSC 2024-cü ildə əldə etdiyi güclü maliyyə göstəricilərinə baxmayaraq səhmdarlarına məhdud məbləğdə dividend ödənişi həyata keçirib.

Banker.az xəbər verir ki, şirkət 100 min manat dividend ödənişi həyata keçirib. Bununla belə, öncəki ildən kəskin azdır. Məsələn, 2023-cü ildə 960 min manat məbləğində dividend ödənişi həyata keçirmişdi.

Şirkətin xalis mənfəəti ötən il 2,27 milyon manat olduğu halda, 2024-cü ildə 2,71 milyon manata yüksəlib. Bölüşdürülməmiş mənfəət də artaraq 2023-cü ilin sonundakı 5,9 milyon manatdan 2024-cü ilin sonuna 8,5 milyon manata çatıb. Əsas gəlirlər faiz gəlirləri hesabına formalaşaraq 2024-cü ildə 22,5 milyon manat, faiz xərcləri isə 5,6 milyon manat olub.

“Ferrum Kapital”ın ümumi aktivləri 2023-cü ildə 58,7 milyon manat olduğu halda, 2024-cü ilin sonuna 75,6 milyon manata qədər artıb.

Aktivlərin əsas hissəsini müştərilərə verilmiş kreditlər və avanslar (60,6 milyon manat), pul vəsaitləri və onların ekvivalentləri (3,8 milyon manat), qiymətli kağızlara investisiya (13,8 milyon manat) və tarixə silinmiş vergi aktivləri (3,8 milyon manat) təşkil edib.

Faktorinq şirkəti 2017-ci ildə “AGA Group”un sturukturunda təsis edilib. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər