7 C
Baku
Sunday, December 15, 2024

FES bazarları silkələdi

Hazırda maliyyə bazarlarının bütün diqqəti ABŞ-ın Federal Ehtiyat sisteminə yönəlib.

Dünən faiz dərəcələri üzrə iclas keçirilmişdir. Belə ki, FES federal fondlar üzrə faiz dərəcələrini 0.00% – 0.25% həcmində saxlamışdır. İclası müşayiət edən əlavə məktubda verilən məlumata görə, faiz dərəcələrinin artırılması əmək bazarında vəziyyətin yaxşılaşmasından və inflyasiyanın ümumi 2% həcminə qaytarılmasından asılıdır. Bununla yanaşı, burada ixracat həcminin zəifləməsi, iqtisadiyyatın daha templi inkişafı, əmək bazarında vəziyyətin yaxşılaşması və inflyasiya gözləntilərinin sabitliyi qeyd olunmuşdur.

Neft qiymətlərinin enməsi inflyasiya səviyyəsini endirmişdir. 2015-ci il üzrə ÜDM proqnozu 2.6% – 3.0%-dən 2.3% – 2.7%-ə endirilmişdir. Komitənin 15 üzvü bu il ərzində faiz dərəcələrində ilkin artım olacağını gözləyir.

FES-nin rəhbəri çıxışı zamanı bildirmişdir ki, ixracatın azalması səbəblərindən biri dolların möhkəmlənməsidir.

Qeyd edək ki, FES-nin verdiyi bəyanat valyuta bazarında ABŞ dollarının məzənnəsinin digər valyutalarla münasibətdə zəifləməsinə səbəb oldu. Belə ki, avronun məzənnəsi 1,06-dan 1,08-ə yüksəlmişdir. Bununla yanaşı, yen və britaniya funtu da möhkəmlənmişdir.

Vəziyyət BRENT markalı neftin qiymətinə müsbət təsir etmişdir. 1 barrelin dəyəri 56 dollar olmuşdur. Günün əvvəli isə bu qiymət göstəricisi 53 dollar həcmində idi. Günün yekunlarına görə isə neft qiyməti artımı hələ ki, təqribən 5% həddində idi.

“Value and Sources” Konsaltinq şirkəti

Son xəbərlər
Digər xəbərlər