1913-cü ildə Amerikanın varlı adamlarının Cekill adasında bir yerə gizlicə yığışmasından sonra yaranan «Federal Ehtiyatlar Sisteminin» tarixi onun haqqında ayrıca bir söhbət aparmağa layiqdir.
Özünün bir əsrlik tarixi boyu amerikan dollarlarını çap etmək baxımından monopoliya hüququna malik olan bu struktur (həmçinin onları kompüterlərin sərt disklərində yaratmaq icazəsi təkcə onlara məxsusdur, yəni onların çapına heç bir vəsait sərf etməyə gərək yoxdur) daima ictimaiyyətin diqqətindən kənar olmağa çalışmışdır. Yəni o, bir növ toxunulmaz bir yerə çevrilmişdir, sanki kapitalist dünyasının «müqəddəslərinin müqəddəsidir».
FES-də baş verənlərə burun soxmaq olmaz
Yalnız 2008-ci ildə qlobal böhranın başlanması ilə vəziyyət asta-asta dəyişməyə başladı. FES-in maliyyə mexanikası haqqında film çəkməyə başladılar. Onlardan heç olmasa bir neçəsinin adını çəkək, «Zamanın təbi» «Çiçəklənmə» və «Amerikan arzusu» cizgi filmi. Əgər kifayət qədər qısa danışmağa çalışsaq, onda sözün əslinə qalsa FES heç də federal struktur deyil, bu əslində dövlətə tabe olmayan özəl bir orqandır. Nə də ona ehtiyat sistemi demək olmaz, çünki söhbət konkret maliyyə ehtiyatlarından getmir, çünki pullar sadəcə yuxarıda adı çəkilən Rotşildlər, Rokfellerlər və ya Morqanlara lazım olduğu anda yaradılır. Ən məzəlisi isə odur ki, FES tamamı ilə mütləq məsuliyyətsizlik fonunda bu dünyəvi pulları çap edə bilir. Nə konqres, nə prezident, nə Roma papası FES-də baş verən hadisələrə baş qoşmalı deyillər.
Ron Polun səsi eşidildi
Necə ola bilər ki, dünyanın ən demokratik ölkəsində hansı isə insanlar, hansısa yolla pul çap edir, nə qədər ürəkləri istəyirsə çap edir, bizim isə heç onların nə qədər pul çap etdiyini bilməyə haqqımız yoxdur. –Ron Pol hiddətlənir. Onun marağının səbəbi aydındır, hərbi ginekoloq və akuşer öyrəşib ki, onun qarşısında istənilən bir qapı açılsın. Ron Polun səsinə hay verənlər tapılır, o amerikanın internet cəmiyyətlərində özünə dəstək tapır. Ən azından o, hazırkı anda öz seçki kompaniyasının keçirilməsindən ötrü 10,4 milyon dollar toplaya bilmişdir.
Düzdür bu Obamanın və ya onun Respublikaçılar partiyasından olan digər rəqibi Mitt Romninin seçkilərə ayırdığı vəsaitdən xeyli azdır, amma onlar yenə də «meynstriim» siyasətçiləridir, dünya hökumətini dağıtmaq istəyən ağılsızlar deyillər. Detalların dərinliyini varmadan, sadəcə onu deyəcəyəm ki, Ron Pol və onun tərəfdarları sonda Konqresin heç olmasa azacıq və natamam da olsa FES-də auditinin keçirilməsi haqqında qərar verməsinə nail oldular.
FES-in auditinin nəticələri
Ötən ilin iyunun sonunda başa çatmış FES-in auditinin nəticələri, dünyada üstündən son dərəcə sakitliklə keçilən hadisələrdən biri oldu. Faktiki olaraq, hadisənin nə qədər sensasiya yarada biləcəyinə rəğmən, beynəlxalq KİV-lər bu haqda xəbər verməkdən imtina etdilər. Bu haqda informasiyanı çox cüzi miqdarda mənbələrdən əldə etmək olar (senator Sandersin saytı, Ron Polun saytı, həmçinin bilavasitə auditi həyata keçirən müəssisə -GAO kompaniyasının saytı). Amerikan bloqqerlərindən biri –Rassel Bleyk belə yazırdı «İnformasiyanın belə gizlədilməsi hətta Stalin Rusiyasına şərəf gətirə bilərdi»
Nəticələr hətta təxəyyül qabiliyyəti çox güclü olan insanları belə heyrətləndirməyə qadirdir: cəmi üç il ərzində 2007-ci ildən 2010-ci ilə kimi FES nəhəng maliyyə strukturlarına 16 trilyon dollar pul ayırıb, özü də gizlicə, qaytarılma şərtləri və heç bir faiz olmadan.
Əgər bu pulu yer kürəsinin bütün sakinləri arasında bərabər paylasaq onda hərəyə 2300 dollar düşərdi, hətta südəmər körpələr və məktəbəqədər yaşlı uşaqlar da daxil olmaqla. Görün təqaüdçülər buna necə sevinərdi! Amma ki, bu fantastik miqdarda vəsait, hansı ki, hətta ABŞ-ın ÜDM-ini (14 trilyon), ABŞ-ın xarici borcunu üstələyir və ABŞ-büdcəsinin özündən isə beş dəfə çoxdur, heç də kasıb adamların ciblərinə getməyib.
Onlar bir sıra təşkilatların kompüterlərinin sərt disklərində peyda olur (hətta belə bir miqdarda pulu çap etmək belə ağla sığmaz görünür). Onlardan heç olmasa bir neçəsinin adını, siyahının önündə yer almış təşkilatların adını sadalayaq.
Citigroup: $2.5 trilyon dollar ($2,500,000,000,000)
Morgan Stanley: $2.04 trilyon dollar ($2,040,000,000,000)
Merrill Lynch: $1.949 trilyon dollar ($1,949,000,000,000)
Bank of America: $1.344 trilyon dollar ($1,344,000,000,000)
Barclays PLC (United Kingdom): $868 milyard dollar ($868,000,000,000)
Bear Sterns: $853 milyard dollar ($853,000,000,000)
Goldman Sachs: $814 milyard dollar ($814,000,000,000)
Royal Bank of Scotland (UK): $541 milyard dollar ($541,000,000,000)
JP Morgan Chase: $391 milyard dollar ($391,000,000,000)
Deutsche Bank (Germany): $354 milyard dollar ($354,000,000,000)
UBS (Switzerland): $287 milyard dollar ($287,000,000,000)
Credit Suisse (Switzerland): $262 milyard dollar ($262,000,000,000)
Lehman Brothers: $183 milyard dollar ($183,000,000,000)
Bank of Scotland (United Kingdom): $181 milyard dollar ($181,000,000,000)
BNP Paribas (France): $175 milyard dollar ($175,000,000,000)
FES -Mərakeş dələduzudur
Bunun yanında 1963-cü ildə 2 milyon funt sterlinqin oğurlanması ilə nəticələnin poçt qatarının qarəti heç nədir, baxmayaraq ki, o hadisə qat-qat daha çox səs-küyə səbəb olmuşu. Bəs hökumət? Bəs kütləvi informasiya vasitələri? Onlar susublar və susurlar. Yuxarıda adını çəkdiyimiz bloqqer yazır, «Mən Meksikada yaşayıram, burada korrupsiya ilə bağlı böyük problemlər kök salmışdır və ondan yaxa qurtarmaq elə də asan olmayacaq. Amma FES ilə müqayisədə Meksika dəqiqlik baxımından İsveçrə bankı, FES isə vicdansızlıq baxımından Mərakeş dələduzudur. Inanın ki, heç də şişirtmirəm, mən sadəcə sizə sizin həyatınızda baş verən, ən dəhşətli, ən qorxulu və ən nəhəng qarətdən danışdım, bunun həm sizin həyatınıza, həm də sizin övladlarınızın gələcəyinə də təsiri olacaq. Qalanı sizin özünüzdən asılıdır, necə hərəkət edəcəyinizə siz qərar verəcəksiniz. Özünüzü elə apara bilərsiniz ki, guya heç nə baş vermir və pis heç nə olmayacaq. Romalılar da buna ümid edirdi. Amma onlarla bu baş verdi».
Federal ehtiyatlar –sonun başlanğıcı
Ümumilikdə isə demək olmaz ki, heç kəs heç nə görməyib. Ona diqqət yetirin ki, FES-in audit hesabının dərc olunduğu səhifədə artıq 125 mindən çox baxış sayı qeydə alınıb. Yəni kim maraqlanıbsa, kimə lazım olubsa, o bu haqda öyrənib. Amma yenə də Ron Polun FES-ilə münasibətdə kompromissiz mövqeyi daha çox şey deməkdir. Onun rəsmi saytında deyildiyi kimi, «Borca çoxlu bor pul vermiş və hesabların ödənməsini isə uzun aylardır ki, dayandırmış valideynləri təsəvvür edin, onlar hər həftə sonu öz bədxərc-yeniyetmə uşaqlarını kredit kartları, təmiz blankları olan çek kitabçaları və pul ilə təchiz edərək şəhərə gəzməyə göndərirlər. Belə ailənin maliyyə vəziyyəti pisləşsə siz təəccüblənməzsiniz ki? Axı 15 trilyon borcu olan hökumət özünü məhz belə aparır… FES ağlı kəsəndə iqtisadiyyata pul buraxır, Uol-Stritin top-menecerləri, əcnəbi mərkəz banklar və digər siyasi oyunçular ilə gizli sövdələşmələr qurur, özü də ki Konqres bunların heç cürə nəzarət edə bilmir. FES havadan pul yardır, faiz qoyuluşlarını manipulyasiya edir və azad bazara mane olur».
FES faiz dərəcələri və qiymətli kağızlarla manipulyasiya edir
Qızıl standartların vaxtında olduğu kimi tətbiq edilən sağlam pullar əvəzinə, iqtisadi təminata malik olmayan «üfürülmüş» pulların emissiyasından əlavə FES faiz dərəcələrini və qiymətli kağızları manipulyasiya edir, eyni zamanda o bütün bunları gizli şəkildə həyata keçirir və əməllərinə görə heç kəsin qarşında məsuliyyət daşımır və hesabat vermir, bu isə ölkə vətəndaşlarının maraqlarını təhlükə altında qoyur. Situasiyanı düzəltmək üçün Ron Pol FES-i Konqresin nəzarəti altına keçirməyi və sistemin böyük miqyaslı və tam əhatəli auditini keçirməyi tələb edir. Bu ilki seçkilərə libertarian partiyasının nümayəndəsi «End the FED» (FES-ə son!) şüarı altında gedir.
Ron Pola qarşı çıxanların, onun əleyhdarlarının az olduğunu söyləmək yanlış olardı, bu insanlar içərisində ABŞ-n indiki prezidenti Obama və M.Romni -gələcək seçkilərdə Obamanın ən real rəqibi olacaq respublikaçılar partiyasından namizəd də vardır.
Hər şeyin əsl sahibləri
Demokratiya, seçkilər, qanunlar və məhkəmələr, bütün bunlar yalnız səthdədir, nazik göy qurşağı kimidir, xəyalidir və aldadıcıdır.
FES-in yaradıcıları –Rokfellerlər, Rotşildlər, Morqanlar, Vanderbiltlər, Barburqlar kimi ailələrdir. Kapitoli vadisində və eləcə də bütün Amerikada yerləşən və onu hərəkətə gətirən hər şeyin əsl sahibləri məhz onlardır. FES-də daha geniş miqyaslı audit keçirməyə icazə verən, istənilən bir dəyişikliyin qanunvericilikdə qəbul etmək və ya FES-i Konqresin nəzarəti altına salmaq cəhdlərinin qarşısı dərhal alınır. Həmçinin maliyyə tranzaksiylarına vergi tətbiq edilməsi ilə bağlı qanun layihələri də səssiz-səmirsiz batırılır. Qeyd edək ki, bu layihəni Angela Merkel, Nikola Sarkozi və D.Stross-Kan (bu səbəbdən o, BVF-nun sədri vəzifəsindən məhrum oldu) dəstəkləyirdi.
İndiyə qədər FES binasında daha çox pul yaradılıb, nəinki bütün dünya iqtisadiyyatında. Amma buna baxmayaraq, belə görünür ki, cənab illuminantlara (onları daha çox məhz belə çağırırlar) insanların qəlbləri uğurunda mübarizədə qalib gəlmək nəsib olmayıb. Bunun əsas əlamətlərindən biri ötən il «Uol-Strit borcları» hərəkatının yaranmasıdır. Müşahidəçilər dediklərinə əsasən, hər şeyə qadir Sistemin rəhbəri bu il, demək olar ki müdafiəyə keçib, o uğursuz şəkildə amerikan tələbələrini FES-in xeyirxahlığına inandırmağa çalışır, onun mövqeyi isə yerini öz yerini nisbətən sol tərəfə dəyişib.
Və həqiqətən də əgər sistem varlılar üçün sosializmi dəstəkləyirsə, bəs onda o nəyə görə kasıblar üçün belə dəhşətli dərəcədə ağır şərtlər təklif edir?
FES-də audit keçirilməsi ideyası sorğuda iştirak edənlərin 80%-i dəstəkləyib
«Rasmussen Reports» agentliyi tərəfindən aparılmış ictimai rəy sorğusunun göstəricilərinə əsasən FES-də geniş miqyaslı audit keçirilməsi ideyasını sorğuda iştirak edənlərin 80%-i bəyənib. C.Borovski belə yazırdı, ötən ilin iyununda məlum olanda ki, FES böhranın ən gəlhagəl vaxtında müəyyən korporasiya və banklara gizli şəkildə 16 trilyon dollar vəsait, yəni ABŞ-ın ümum daxili məhsulunun 113%-i civarında pul ayırdığı məlum olanda bəlli oldu ki, bu pullar Konqresin icazəsi olmadan verilib
«Heç kəs tərəfindən seçilməmiş FES bürokratları dişləri və dırnaqları ilə, nəyin bahasına olursa olsun, bu informasiyanı amerikan vətandaşlarından gizlətməyə çalışırdılar, amma sonda uduzdular».
Rusiyalı iqtisadiyyatçı Mixail Delyaqin, daima diqqət çəkən ehtiyatlı davranışına baxmayaraq, belə demişdir: «Təəssüf ki, FES indi qlobal biznesə xidmət edir. Daha doğrusu, bütün dünyanı mərhəmətsiz şəkildə depressiyaya düçar etmiş qlobal böhran şəraitində bu əsası ABŞ-da qoyulmuş bu biznesin mənafeləri ilə milli maraqlar arasında tarazlıq yaratmaq çox güman ki alınmayacaq».
Bu gün biz hələ «əsrin qarətinin» həqiqi miqyaslarından xəbərsizik. Belə güman etmək olar ki, 16 trilyon dollar FES nüvələrində doğulan pulların ancaq cüzi bir hissəsidir və onlar öz yaradıcıları tərəfindən dünya ağalığını ələ keçirməyə istiqamətlənib.
Vacib olan başqa məsələdir –cəmi bir neçə il əvvəl biz baş verənlərin nə qədər ciddi olduğundan xəbərsiz idik. Amma məlumat nə qədər çox aşkar olunsa və bizim FES haqqında biliklərimiz nə qədər artsa, bu qlobal maliyyə mafiyasının dərisi bir o qədər nazikləşər. Amerikan dolları, avro və ya digər valyutalar nə qədər çox ucuzlaşsa, iqtisadi tənəzzül bir o qədər güclü olacaq və qlobal maliyyə dahilərinin dərin mənalı fikirlərinə və bizim hakimlərin sözlərinə inanan əfəllərin sayı bir o qədər az olacaq.