Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları fevralın 24-də ödənilib.
Banker.az Nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl ötən həftə ölkə üzrə pensiya ödənişləri də yeni artımlarla birgə ödənilib.
Beləliklə, fevral ayının bütün sosial təminat növləri üzrə ödənişləri yekunlaşıb.