4 C
Baku
Sunday, February 25, 2024

Fevralda 2 195 nəfərə yaşa görə əmək pensiyası elektron qaydada təyin olunub

2022-ci ilin fevral ayında 2 195 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Onların  58.1%-ni kişilər, 41.9%-ni isə qadınlar təşkil edib.

Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv qaydada təyinatına başlanıb. Beləliklə, yaşa görə pensiya təyinatlarının məmur-vətəndaş təması və vətəndaşların müvafiq sənədləri toplayıb aidiyyəti quruma təqdim etməsinə ehtiyac olmadan, şəffaf və operativ təyin edilməsi təmin olunub.

Son xəbərlər
Digər xəbərlər