2020-ci ilin ilk iki ayı ərzində Respublikanın ərazisinə 11 547 avtomobil daxil olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-fevral ayı ərzində idxal olunan avtomobillərin dəyəri 122,89 mln. ABŞ dolları təşkil etmişdir.
İdxal olunan avtomobillərin 10 717 ədədi minik avtomobilləri təşkil edib, bunlardan 1 273-ü hibrid, 9-u isə elektriklə çalışan avtomobillər təşkil edib.
Məlumat üçün bildirək ki, ölkəyə idxal olunan avtomobillərin sayı, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,23 dəfə artıb.