Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 102 min ədəd artaraq 17 milyon 343 min ədəd təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq Bülletenində bildirilir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 23.7% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 24.3%, kredit kartları üzrə 20.2% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 150 min, kredit kartları 381 min, digər kartlar isə 2.9 mln. ədəd artıb.