9 C
Baku
Friday, December 13, 2024

Fevralda Azərbaycanda pul bazası 10% artıb

Azərbaycanda pul bazasının həcmi 2016-ci ilin fevral ayı ərzində 601,1 mln. manat və ya 10,38% artaraq 2016-cı il martın 1-nə 6 388,5 mln. manat təşkil edib.

Mərkəzi Bankın verdiyi xəbərə görə, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 721,4 mln. manat və ya 29,87% azalıb.

Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə isə 5 787,4 mln. manat təşkil edib.

Report

Son xəbərlər
Digər xəbərlər