25 C
Baku
Sunday, July 3, 2022

Fevralda bir ölkə sakini orta hesabla 302.1 manatlıq məhsullar alıb

2021-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6 milyard manatlıq, o cümlədən 3.2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2.8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1.3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4.9 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2 faiz artmışdır.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302.1 manatlıq, o cümlədən 160.6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141.5 manatlıq qeyri-ərzaq malları almışdır.

Son xəbərlər
Oxşar xəbərlər