10 C
Baku
Wednesday, December 11, 2024

Fevralda gömrükdən büdcəyə daxilolmalar 9% artdı

2021-ci ilin fevral ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə ödənişlərin həcmi açıqlandı.

Banker.az xəbər verir ki, ilin ikinci ayı ərzində gömrükdən gələn gəlirlərin həcmi 310.67 milyon manat təşkil edib. Bu da yanvar ayına nisbətdə 9% artım (27.93 milyon manat) deməkdir.

Büdcəyə daxilolmaların 81.71 milyonu gömrük rüsumu, 214.81 milyonu ƏDV üzrə, 11.14 milyonu aksizlər üzrə və 3.01 milyonu isə yol vergisindən daxil olub.

Beləliklə, 2021-ci ilin ilk iki ayında 593.4 milyon manat vəsait köçüb, bu da 2020-ci illə müqayisədə 11 faiz (70 milyon manat) az olması deməkdir.

32

Son xəbərlər
Digər xəbərlər