6 C
Baku
Saturday, December 14, 2024

Fevralda hansı region əhalisi daha çox kredit götürüb?

Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14 246 mlrd. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələrdə  Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonudur. Paytaxtda bu göstərici 11 361 mlrd manat, Aranda 734 milyon, Gəncə-Qazaxda 624 milyon manat təşkil edir.

Digər pillələrdə Abşeron iqtisadi rayon (490 mln manat), Lənkəran iqtisadi rayon (262 mln manat), Şəki-Zaqatala (220 mln manat), Naxçıvan iqtisadi rayon (214 mln manat), Dağlıq Şirvan iqtisadi rayon (71 mln manat), Yuxarı Qarabağ iqtisadi rayonu (56 mln manat) dayanır.

Son xəbərlər
Digər xəbərlər