1 C
Baku
Saturday, December 14, 2024

Fevralda “OPEC+” sazişinə 115 faiz əməl olunub

OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə fevral ayında 115 faiz əməl edib.

Bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 15-ci iclasında deyilib.

Bildirilib ki, fevralda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları ardıcıl 7-ci ayda da azalıb. Lakin yenə də ehtiyatlar 2015-2019-ci illərin orta göstəricisindən yuxarıdr.

İclasda Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabat və qlobal neft bazarındakı inkişafları nəzərdən keçirilib, OPEC və OPEC-ə üzv olmayan ölkələrin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performans alqışlanıb.

Həmçinin Səudiyyə Ərəbistanının aprel ayında da neft hasilatını sutkada 1 milyon barrel könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər