8 C
Baku
Sunday, November 17, 2024

Fevralda özəlləşdirmə və icarədən büdcəyə 8.4 mln. manata yaxın vəsait daxil olub

Fevral ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 hərrac keçirilib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi, 3 kiçik dövlət müəssisəsi, 46 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 24 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 10 onlayn qoşulma reallaşıb.

Fevral ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6.62 mln. manat təşkil edib.

Həmçinin, ötən ay ərzində ümumilikdə 264 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 95-i qeyri-yaşayış sahələri üzrə, 169-u isə torpaq sahələrinə dair olub. 2021-ci ilin fevral ayı ilə müqayisədə 172 ədəd və ya 2.9 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 1.74 mln. manatdan artıq vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, fevral ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8.4 mln. manata yaxın vəsait büdcəyə daxil olub.

Son xəbərlər
Digər xəbərlər