25 C
Baku
Saturday, April 20, 2024

Fevralda Qazaxıstandan Drujba vasitəsilə Almaniyaya neft tranziti başlayacaq

Neftin Rusiyadan keçməklə Qazaxıstandan Almaniyaya “Drujba” kəməri ilə tranzitinə yanvarda deyil, fevralda başlamaq planlaşdırılır.

Bu barədə “Transneft” prezidentinin müşaviri İqor Demin bildirib.

Deminin sözlərinə görə, yanvarın 31-də günün birinci yarısında Polşaya 500 min ton neftin vurulması qrafiki faktiki olaraq tamamlanıb və indi Almaniyaya əlavə xammalın tranzitinə başlanıla bilər. Lakin onun sözlərinə görə, “müəyyən ətalət səbəbindən” Transneft-in tərəfdaşlarına işə başlamaq üçün vaxt lazımdır.

“Bu 20 min ton neft indi fevral ayına planlaşdırılıb və artıq əlavə deyil, Drujbanın şimal qolu vasitəsilə Polşaya tədarük üçün nəzərdə tutulan həcmlərlə bərabərdir”, – Demin bildirib.

“Transneft” həmçinin qeyd edib ki, göstərilən həcmdə neftin tranziti üçün hər şey hazırdır: marşrut təlimatları hazırlanıb, lazımi tranzit ödənişləri həyata keçirilib.

Dekabrın sonunda Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Rusiya Qazaxıstandan neftin Drujba boru kəməri sistemi ilə Almaniyaya tranzitinə dəstək verəcək.

Daha sonra Rusiyanın Energetika Nazirliyi 2023-cü ilin birinci rübündə 300 min ton Qazaxıstan neftinin Almaniyaya tranzitinə icazə verib .

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər