24 C
Baku
Thursday, September 11, 2025

Fevralda yaradılan şirkət kapitalını yarıbayarı azaldır

Azərbaycanda fəaliyətdə olan “NBEM Cyanide” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını yarıbayarı azaldır.

Banker.az xəbər verir ki, bu barədə şirkət elan verib.

Belə ki, “NBEM Cyanide” MMC nizamnamə kapitalının 10 000 manat məbləğində pul şəklində azaldıldığını elan edir.

“Kreditorlar öz tələblərini hüquqi ünvana göndərə bilərlər”- deyə, bildirilib.

Xatırladaq ki, “NBEM Cyanide” MMC 2025-ci ilin fevralında 20 000 manat nizamnamə kapitalı ilə təsis edilmişdi. Şirkətin direktoru Vüqar Əlipaşayev Əlisahib oğludur.

Son xəbərlər
Digər xəbərlər