8 C
Baku
Tuesday, January 21, 2025

Fevralın 1-dən əmək pensiyasının minimum məbləği 320 manat olacaq

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, qanunda dəyişiklik ediləcək”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir: “Prezident hökumətə əmək pensiyalarının minimum məbləğinin artırılmasını tövsiyə etmişdi. Prezidentin sərəncamına əsasən, əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılmalıdır. Ona görə həmin müddəanı qanuna gətiririk. Əmək pensiyalarının minimum məbləğinin artırılması barədə komitə qərarını verəcək və yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da parlament qərar qəbul edəcək”.

Komitə sədri diqqətə çatdırıb ki, minimum əmək pensiyasının artımı ilə əlaqədar bütün pensiyalarda artımlar olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevral ayının 1-dən 280 manatdan 320 manata qaldırılmalıdır.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər