Gürcüstanda tətbiq olunan xüsusi karantin rejiminin fevralın 1-dən qismən yumşaldılmasına qərar verilib.
Həmin tarixdən etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
Həmin şəhərlərdə həmçinin məktəb və ticarət obyektləri də açılacaq.
Fevralın 1-dən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində də mağaza və ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Bu şəhərlərdə məktəb və ictimai nəqliyyat işini martın 1-dən etibarən bərpa edəcək.
Fevralın 15-dən etibarən isə bütün şəhərlədə qapalı və açıq bazarlar fəaliyyətə başlayacaq.