Bankın Kreditorlar Komitəsinin növbəti iclas keçirilir, ADIF rəhbəri də dəvət olundu

0

14 fevral saat 15.00-da Əmanətlərin Sığortalanması Fondunun (ADIF) binasında (Babək prospekti, 16) “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə Kredit Komitəsinin sədri Əkrəm Həsənovun məlumatında deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İclasda bankın ləğvetmə prosesi, habelə onun müflisləşməsində təqsirləri ehtimal olunan şəxslərə qarşı məhkəmə prosesləri müzakirə olunacaq. Kreditorlar və mətbuat dəvətlidir. İclasa ADIF rəhbəri Vüqar Abdullayev də dəvət olunub.

Qeyd edək ki, ötən ilin sonunda kreditorlar ADIF-dən ölkə rəhbərliyinə kollektiv şikayət etmişdilər. Həmin şikayətə Maliyyə Bazarlarına Nəzarət Palatası və ADIF cavab verib.