12 C
Baku
Tuesday, November 5, 2024

Fevralın 15-dən idman və sağlamlıq obyektlərindən istifadəyə hansı hallarda icazə veriləcəyi açıqlanıb

Fevralın 15-dən idman və sağlamlıq-bərpa obyektlərindən istifadəyə hansı hallarda icazə veriləcəyi açıqlanıb.

Bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında qeyd edilib.

Bildirilib ki, 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər