12 C
Baku
Thursday, March 28, 2024

Fevralın 2-də “Dior”un sərgisi açılacaq

Fevralın 2-də dünya şöhrətli “Christian Dior” şirkətinin Londondakı Viktoriya və Albert Muzeyində “Kristian Dior: arzuların dizayneri” adlı sərgisi açılacaq.

Banker.az xəbər verir ki, muzeyin rəsmi saytındakı ekspozisiyada məşhur Fransa evinin geyim və aksesuarları, həmçinin 1947-ci ildən başlayaraq şirkətin bütün tarixi boyunca bədii direktorları barədə məlumatlar təqdim edilib.

Sərgidə məqsəd təkcə brendin tarixçəsini nümayiş etdirmək deyil, həm də onun Böyük Britaniya ilə əlaqələrini göstərməkdir.

“Dünyada mənim vətənimdən başqa elə bir ölkə yoxdur ki, onun həyat tərzi mənim bu qədər çox xoşuma gəlsin. Mən ingilis ənənələrinə, ingilis nəzakətinə, ingilis memarlığına məftunam. Mən hətta ingilis mətbəxini sevirəm”, – Kristian Diorun bu sözləri sərgiyə epiqraf şəklində seçilib.

Sərgi iyulun 14-dək davam edəcək.

©azertac.az

Son xəbərlər
Digər xəbərlər