24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Facebook” gəlirlərini açıqladı

Screen Shot 2021 09 02 at 14.34.20

Dünyanın ən böyük sosial paylaşım platformalarından olan “Facebook” bu ilin ikinci rübündə əldə etdiyi gəliri açıqlayıb.

Bu barədə şirkətin ilin ikinci rübünə aid hesabatında deyilir.

Bildirilib ki, şirkətin ikinci rübdə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 56 faiz artaraq, 29 milyard dollara yüksəlib. “Facebook” ötən ilin eyni dövründə 18,7 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti də ikinci rübdə 101 faiz artımla 10,4 milyard dollara qalxıb. Belə ki, Feysbuk ötən ilin eyni dövründə 5,2 milyard dollar xalis mənfəət əldə etmişdi.

Sözügedən dövrdə şirkətin hər səhminə görə olan dəyəri 1,80 dollardan 3,61 dollara qalxıb.

“Facebook”un günlük və aylıq aktiv istifadəçi sayında da artım olub. Belə ki, hesabat dövründə günlük istifadəçi sayı 7 faiz artaraq, 1,91 milyarda çatıb. Aylıq artım da 7 faiz artımla 2,9 milyard olub.

Şirkət ilin ikinci yarısında gəlir artımının yavaşlamasını gözlədiyini bildirib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Qafqazinfo
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər