27 C
Baku
Wednesday, April 24, 2024

“Facebook”un gündəlik auditoriyası 2,9 milyard nəfəri keçdi

Dünyada 2,9 milyarddan çox insan hər ay azı bir dəfə feysbuk sosial şəbəkəsindən istifadə edir. Bu ötən illə müqayisədə 7 % daha çoxdur.

Bu barədə şirkətin ilin ikinci rübüylə bağlı hesabatında məlumat verilib.

Bundan əlavə, 2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə “Facebook” sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan şirkətin mövcud olan xidmətlərindən (“Instagram”, “Messenger” və “WhatsApp” daxildır – Red) birini ən azı ayda bir dəfə istifadə edib.

“Facebook” şirkəti bu il 29,08 milyard ABŞ dolları gəlir əldə edib. Onun 10,39 milyard ABŞ dolları xalis mənfəətdir.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ilin fevralında həmin vaxt 19 yaşı olan və Harvard Universitetində (Boston, ABŞ) informatika və psixologiya ixtisası üzrə təhsil alan amerikalı tələbə Mark Zukkerberq tərəfindən yaradılıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər