24 C
Baku
Thursday, September 29, 2022

“Facebook” öz servislərindəki istifadəçilərin məlumatlarını vahid platformada birləşdirəcək

Facebook şirkəti istifadəçi hesabları mərkəzinin (Accounts Center) testinə startın verildiyini elan edib. Bu özəllik sayəsində istifadəçilər öz FacebookInstagram və Messenger məlumatlarını sinxronlaşdıra biləcəklər.

Məsələn əgər hansısa istifadəçi Facebook-da adını və soyadını dəyişsə həmin proses avtomatik olaraq Instagram da reallaşdırılacaq. Bu barədə Rusbase saytı xəbər verib. Accounts Center özəlliyinin verdiyi üstünlüklər aşağıdakılardır:

privacymatters pic1

– Postların eyni anda Facebook və Instagram Stories-lərində paylaşılması

– Single Sign On adlı daxil olma funksiyası. Bu funksiya bank kartlarının şifrələrini və məlumatlarını yaddaşda saxlayacaq və hər iki platformada alış-veriş etmək imkanını yaradacaq

– Instagram və Facebook-dakı adlar ilə profil fotolarının sinxronlaşdırılması.

Məlumatda qeyd edilib ki, itifadəçi özü öz istəyinə uyğun olaraq bu platformadakı funksiyaları ayarlayacaq.

Son xəbərlər
Oxşar xəbərlər