Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib.
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov deyib.
Ə.Novuzov qeyd edib ki, yanğın tam lokallaşdırılıb və hazırda soyutma işləri aparılır.
Yanğının söndürülməsi üçün Dövlət Yanğından və Bakı Qarnizonunun digər qüvvə və vasitələri cəlb olunub.
Onun sözlərinə görə, yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub.