Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini – qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə A.Məmmədli FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılmışdı.