7 C
Baku
Wednesday, March 11, 2026

FHN Hadrutda 4 milyon manatlıq inzibati bina tikdirəcək

Hadrut qəsəbəsində 3.8 milyon manatdan çox dəyərində yanğından mühafizə hissəsi tikiləcək.

Banker.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni inzibati binanın tikintisi ilə bağlı müsabiqə elan edib.

Məlumata görə, müsabiqə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xocavənd rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün 4 çıxışlı inzibati binanın tikintisini əhatə edir.

Layihə üzrə ehtimal olunan satınalma dəyəri 3.886.140 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər