9 C
Baku
Sunday, November 17, 2024

FHN-in iki əməkdaşı barədə araşdırma başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi barədə korrupsiya ittihamı ilə araşdırma başlayıb.

Müstəntiqlər – Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.

İdarədə onların korrupsiya əməllərinə yol verməsi şübhələri ilə bağlı araşdırma aparılır.

FHN-dən bildirilib ki, nazirliyin Əməliyyat-istintaq idarəsinin təhqiqatçıları Rüfət Nuriyev və Zaur İslamov barədə vətəndaşların şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyində araşdırma aparılıb və toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə göndərilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər