Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda dəyişikliklər edilir.
Artıq bununla bağlı layihələr hazırlanıb.
Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-in səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərlə bağlı maraqlanıb və tapşırıqlar verib.