21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

FHN-nin vəzifəli şəxsi 10 min manat vəsait mənimsəyib

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi barədə cinayət işi başlanıb.

Banker.az xəbər verir ki,  Quliyev Elvin Afiq oğlu FHN-nin Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bu əməli ilə də sonuncunu rüşvət verməyə təhrik etmişdir.

Elvin Quliyev Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər