“İki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq”.
Bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
“Əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik”, – o qeyd edib.