1 C
Baku
Saturday, December 14, 2024

Fiat Chrysler-in sahibi olacaq

Bu gün avtomobil bazarında iri həcmli bir müqavilənin imzalanacağə gözlənilir. İtaliyanın avtomobil nəhəngi olan Fiat şirkəti Chrysler-in tam hüquqlu sahibinə çevriləcək.

Müqavilədən sonra Fiat şirkəti dünyanın ən nəhəng avtomobil istehsal edən şirkətləri reytinqində 7-ci pillədə yer alacaq. İtalyanlar Chrysler-in səhmlərinin əsas hissəsini hələ 2009-cu ildə, böhranın ən qızğın vaxtında əldə etmişdi.

Tərəflər ilk olaraq məbləğdə razılığa gələ bilməsələr də, sonradan bu problem həll edildi. 28 yanvarda isə hər iki şirkətin direktorlar şurası yeni şirkətin adının necə olacağını müəyyən edəcəklər.

Müətəxəssislər isə öz növbəsində bu müqaviləni bir o qədər də uğurlu addım hesab etmir. Onların fikrincə hər iki şirkətin istehsal etdiyi məhsullar artıq dəbdə deyil. Lakin bu sadəcə ekspertlərin fikridir. Nəticəni isə zaman göstərəcək.

Son xəbərlər
Digər xəbərlər