-1 C
Baku
Sunday, December 15, 2024

“Fiat Chrysler” və PSA qrupu birləşiblər – 4-cü ən böyük avtomobil istehsalçısı yaradılacaq

İtalyan-amerikan “Fiat Chrysler” avtomobil istehsalçısı və Fransanın PSA qrupu (“Peugeot”, “Citroen”, “Opel” istehsal edir), dünyanın dördüncü ən böyük avtomobil istehsalçısını yaratmaq üçün qüvvələrini birləşdirmək qərarına gəliblər.

Banker.az xəbər verir ki, “Peugeot S.A qrupunun müşahidə şurası və Fiat Chrysler Automobiles N.V. avtomobil istehsalçısının direktorlar şurası yekdilliklə 50/50 prinsipi ilə birgə işləmək qərarına gəliblər”, – şirkətlər bildiriblər.

Birləşmə nəticəsində kapitallaşması təqribən 50 milyard dollar olan dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı yaradılacaq. Qrupa “Fiat”, “Dodge”, “Ram”, “Chrysler”, “Alfa Romeo”, “Maserati”, “Peugeot”, “DS”, “Opel” və “Vauxhall” kimi brendlər daxil olacaq.

FCA və PSA rəhbərlik qrupları ildə 8,7 milyon avtomobil satmağı və zavodları bağlamadan 3,7 milyard avro qənaət etmək üçün danışıqlar aparırlar.

Birləşən şirkətin direktorlar şurası 11 nəfərdən ibarət olacaq – PSA-dan 6 nəfər, FCA-dan isə 5 nəfər.

Yeni şirkətin səhmləri Nyu-York, Paris və Milan birjalarında satılacaq.

Sövdələşmə başa çatmazdan əvvəl, FCA səhmdarlarına 5,5 milyard avro məbləğində divident ödəyəcək.

Xatırladaq ki, ötən il “Fiat Chrysler” Fransanın avtomobil istehsalçısı – “Renault” ilə birləşmək üçün danışıqlar aparıb. Lakin tərəflər razılığa gələ bilməmişdir.

 

 

Son xəbərlər
Digər xəbərlər