13 C
Baku
Friday, March 29, 2024

Fiat şirkətinin yeni adı necə olacaq?

İtalyanın avtomobil istehsalçısı Fiat şirkəti Amerikanın Chrysler şirkətini əldə etməsi ilə bağlı olaraq adını Chrysler Automobiles olaraq dəyişdiyini elan etdi. Bu haqda məlumat şirkətin mətbuat xidmətinə əsasən verilmişdir. Birləşmiş iki şirkətin baş-qərargahı Hollandiyada yerləşəcək.

Fiat şirkətinin idarə heyətinin sədri Con Elkannın sözlərinə görə, şirkətin adının dəyişdirilməsi şirkət tarixində yeni bir səhifə açır və hər iki şirkət bazarda pozisiyalarını qorumaq üçün birgə mübarizə aparacaqlar. Şirkətlər həmçinin öz səhmlərini Nyu-York və Milanda yerləşdirmək niyyətindədirlər.

Fiat şirkəti 29 yanvarda özünün 2013-cü il üçün maliyyə nəticələrini nəşr etmişdi. Şirkətin gəlirlilik səviyyəsi analitiklərin təxminlərindən aşağı səviyyədə idi. Uğursuzluğun əsas səbəbi olaraq isə Latın Amerikasında istehsalın gecikdirilməsində yüksək artım göstərilir.

Fiat şirkəti həmçinin 2014-cü il üçün xalis gəlir proqnozlarını da endirmişdir. Direktorlar şurası pisləşmiş maliyyə göstəriciləri səbəbindən 2013-cü il üçün nəzərdə tutulmuş dividentləri ödəməməyi məsləhət görüb. Həmçinin verilən məlumatlara görə, şirkətin səhmləri 29 yanvarda keçirilən ticarət əməliyyatları zamanı 6% ucuzlaşmışdır.

Son xəbərlər
Digər xəbərlər